Misli Premyer Liqasının XVI turunda “Sumqayıt” səfərdə “Kəpəz”i 1:0 hesabı ilə məğlub edib.
İdmanxeber.az-ın məlumatına görə, bu qalibiyyət “kimyaçılar”ın uzun müddətdir davam edən qələbə həsrətinə son qoyub. Belə ki, komanda sonuncu dəfə bu ilin mayında – 7 ay öncə evdə “Səbail”i məğlub etmişdi.
Səfərdəki qələbəsizlik seriyası isə daha uzun idi. Ötən ilin avqustunda “Keşlə”yə qalib gələn komanda 16 aydan sonra yenidən rəqib meydanından 3 xalla ayrıla bilib.