Braziliyalı müdafiəçi Aleks Sandro milli komanda ilə ümumi məşqə çıxıb.
İdmanxeber.az “Ekip” nəşrinə istinadən xəbər verir ki, 31 yaşlı “sambaçı” zədəsini sağaltsa da, onun bu gün DÇ-2022-nin Xorvatiya ilə matçında iştirakı sual altındadır. Bu səbəbdən, Eder Militao müdafiənin sağ cinahında, Danilo isə sol cinahda mübarizə apara bilər.
Braziliya millisi DÇ-2022-nin 1/4 finalında Xorvatiya yığması ilə qarşılaşacaq. Oyun bu gün, saat 19:00-da başlayacaq.