Xəbər verdiyimiz kimi, ötən gün Azərbaycan kubokunun 1/4 final mərhələsinin cavab görüşünün “Turan Tovuz” – “Kəpəz” matçının final fitindən dərhal sonra ara qarışıb.
İdmanxeber.az-ın məlumatına görə, yerli fanatlar Gəncə klubunun futbolçularının üzərinə hücum çəkmək istəyib. Lakin polislərin müdaxiləsindən sonra aqressivləşən azarkeşləri dayandırmaq mümkün olub.