Sərgilədiyi futbol, vurduğu qollarla “Kəpəz” azarkeşlərinin sevimlisinə çevrilən Abdullahi Şuaybu komandada qalacaq.
İdmanxeber.az-ın əldə etdiyi məlumata görə, nigeriyalı vingerin azı yaya kimi Gəncə klubunda qalacağı dəqiqləşib. Komandannın ən məhsuldar futbolçusu olan yarımmüdafiəçiyə hər hansı bir klubdan rəsmi təklif gəlməyib və bu baş verəcəyi halda belə “Kəpəz” onu azı yaya kimi buraxmaq niyyətində deyil.
Qeyd edək ki, “Kəpəz” forması ilə 18 matça çıxan Şuaybu 7 qol vurmağı bacarıb.