29 Sentyabr 2024
Ölkə futbolu

Kipr klubu “Neftçi”nin futbolçusu ilə anlaşıb

“Neftçi”nin futbolçusu Qodsvey Donyo karyerasını Kiprdə davam etdirməyə çox yaxındır.

İdmanxeber.az-ın məlumatına görə, bu barədə “Themasports” nəşri məlumat yayıb. Bildirilir ki, “Apollon” klubu 29 yaşlı futbolçu ilə anlaşıb. Limassol təmsilçisinin Donyo üçün “Neftçi”yə təzminat ödədiyi də vurğulanıb.

Yaxın günlərdə futbolçunun yeni klubu ilə müqavilə bağlayacağı gözlənilir.

Qeyd Qodsyevin “ağ-qaralar”la müqaviləsi 2024-cü ilin yayınadək nəzərdə tutulmuşdu.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43