Azərbaycanın FIFA referisi Elçin Məsiyev UEFA-dan növbəti dəfə təyinat alıb.
İdmanxeber.az-ın məlumatına görə, o, Polşada keçiriləcək “Lvov” (Polşa) – “İnter” (İtaliya) Gənclər Liqasının pley-off oyununu idarə edəcək..
Məsiyevə laynsmanlar qismində Rəhman İmani və Vüsal Məmmədov köməklik göstərəcək. Dördüncü hakim funksiyasını polşalı Yatsek Malişek yerinə yetirəcək.
Qeyd edək ki, fevralın 8-də oynanılacaq matç Bakı vaxtı ilə saat 17:00-da başlayacaq.