Niderland çempionatının 18-ci turunda türkiyəli futbolçu Burak Yılmazın formasını geyindiyi “Fortuna Sittard” doğma meydanda “Xerenven”i qəbul edib.
İdmanxeber.az-ın məlumatına görə, görüş ev sahibi komandanın 2:0 hesablı qəbəsi ilə başa çatıb. Burak oyunda bir qol, bir assistlə yadda qalıb.
Təcrübəli futbolçu ilk öncə 58-ci dəqiqədə məhsuldar ötürmə verib. Daha sonra isə oyunun 98-ci dəqiqəsində “Fortuna Sittard”ın qazandığı penaltini qola çevirib.