“Qarabağ” Çempionlar Liqasında oynamış klubdur. Pley-offa qədər gəliblərsə, güclərini göstəriblər. Belçika çempionları bundan örnək almalıdır”.
İdmanxeber.az-ın məlumatına görə, bu sözləri “Gent”in baş məşqçisi Heyn Vanhazebruk “Qarabağ” oyunu öncəsi keçirilən mətbuat konfransında deyib.
59 yaşlı mütəxəssis sabahkı görüşdə “Qarabağ”ın ciddi azarkeş dəstəyi ilə mübarizə aparacağını bildirib:
“Rəqibin “Frayburq”la oyununu izləmişdim. Sabah burada 30 minə yaxın tərəfdar olacaq. Bu, bizi həyəcanlandırır. Asan olmayacaq. Heç-heçə də pis nəticə deyil. Az fərqli məğlubiyyət də bizi qane edə bilər. Rəqib həm öz meydanında, həm də səfərdə yaxşı oyun sərgiləyir”.
Təcrübəli çalışdırıcı Qurban Qurbanovun “Qarabağ”dakı roluna da toxunub:
“Qarabağ” çox yaxşı komandadır. Çempionlar Liqasında çıxış ediblər. Bu mövsüm ÇL-də pley-offa qədər irəlilədilər. Belçika klubları baxıb öyrənməlidir ki, bunu necə etmək olar, necə gəlib çatmaq olar ora, örnək götürülməlidir. Polşa, Macarıstan, İsveçrə çempionlarını uddular. Avropa Liqasında üç böyük ölkənin klubları ilə qarşılaşdılar. “Frayburq”la çox yaxşı oynadılar, həmin matça baxdım. 10 nəfərlə qalanda da üstün futbol nümayiş etdirmişdilər. “Qarabağ”da baş məşqçisinin təsiri üst səviyyədədir və onun sayəsində buralara gəlib çıxıblar.
“Qarabağ” – “Gent” sabah saat 21:45-də başlayacaq.