Bu gün “Qarabağ” UEFA Konfrans Liqasının pley-off mərhələsində ilk oyununa çıxıb.
İdmanxeber.az-ın məlumatına görə, Qurban Qurbanovun yetirmələri Belçikanın “Gent” klubu ilə üz-üzə gəlib. Matç Ağdam təmsilçisinin qələbəsi ilə başa çatıb – 1:0.
Görüşün 51-ci dəqiqəsində Ramil Şeydayev penaltindən yararlana bilməyib.
Tofiq Bəhramov adına Respublika Stadionunda baş tutan görüşü isveçli baş hakim Məhəmməd Əl-Hakimi idarə edib.
Konfrans Liqası, pley-off
21:45 “Qarabağ” – “Gent” 1:0
Qol: L. Andrade
Hakimlər: Məhəmməd Al-Hakim, Fredrik Klayver, Maks Robin Uayld, Boyan Panciç (İsveç)
Bakı, Tofiq Bəhramov adına Respublika stadionu