“Çelsi” yayda “Atletiko”dan Joao Feliksi almağa hazırlaşır.
İdmanxeber.az-ın məlumatına görə, London klubu futbolçunu heyətinə qatmaqda israrlıdır. Yerli mətbuatın iddiasına əsasən, “zadəganlar” futbolçu üçün 80 milyon avro təklif edəcək.
Jurnalist Migel Martin bildirir ki, portuqaliyalı futbolçu “Atletiko”ya qayıtmaq istəmir. O, karyerasını İngiltərədə davam etdirmək niyyətindədir:
“Əminəm ki, Feliks “Atletiko”ya qayıtmayacaq. Bu, Simeonenin qalıb-qalmayacağından asılı deyil. Çünki o da Arda Turan kimi əziyyət çəkmək, qaçmaq istəmir. “Çelsi”yə keçdikdən sonra isə ümumiyyətlə, Madrid klubu ilə əlaqəsini kəsib. Joao əgər yayda komandaya qayıtsa, “Atletiko”lular sevinməcəyək”.
Feliks qışda “Atletiko”dan icarə əsasında “Çelsi”yə keçib. London klubu futbolçunun icarəsinə görə 11 milyon avro ödəyəcək. O, London klubunun heyətində 3 matçda bir qol vurub.