PSJ Neymarı komandadan göndərmək niyyətindədir.
İdmanxeber.az “Le Parisien”inə istinadən xəbər verir ki, rəhbərlik futbolçuya illik 36 milyon avro maaş ödəmək istəmir. Eyni zamanda oyunçunun davamlı intizamsız davranışları hər kəsi narahat edir.
İddiaya görə, “Çelsi” rəhbərliyi Paris klubu ilə Neymarın mümkün transfer ehtimalını müzakirə ediblər. Hətta PSJ-nin oyunçunun maaşını ödəməməsi üçün təzminatsız belə futbolçunu buraxa biləcəyi qeyd edilib.
Neymarın PSJ ilə müqaviləsi 2027-ci ilə qədərdir. Bu mövsüm Neymar 28 matçda 17 qol vurub və 16 məhsuldar ötürmə edib.