İlkay Gündoğan yayda “Barselona”ya keçə bilər.
İdmanxeber.az-ın məlumatına görə, İngiltərə mətbuatı futbolçunun agentinin bu gün İspaniyaya yollandığını yazıb. Yarımmüdafiəçinin də Kataloniya klubunda oynamağa müsbət yanaşdığı bildirilir.
Türk əsilli oyunçunun “şəhərlilər”lə müqaviləsi 2023-cü ilin yayına kimi nəzərdə tutulub.
“Mançester Siti”nin kapitanı bu mövsüm bütün turnirlərdə 31 matçda 3 qol vurub və 3 məhsuldar ötürmə edib.