“Qalatasaray” transfer çalışamalarını davam etdirir.
İdmanxeber.az-ın məlumatına görə, İstanbul klubu “Hatayspor”da çıxış edən qapıçı Erce Kardeşləri rənglərinə bağlamaq niyyətindədir. Tərəflər arasında hazırda danışıqların davam etdiyi bildirilib.
Hatayda baş vermiş güclü zəlzələ səbəbindən Super Liqadan çəkilən klubun oyunçuları özlərinə yeni komanda axtarışındadırlar. Cari mövsüm “Hatayspor”a gələn 28 yaşlı futbolçu karyerasını İstanbul təmsiçisində davam etdirəcəyi gözlənilir.
Erce Hatay klubu ilə çıxdığı 21 matçda qapısından 38 qol buraxıb.