“Futbolçulara təşəkkür edirəm. Çox dinamik bir komandaya qarşı oynadıq. 90 dəqiqə tempi aşağı salmadılar”.
İdmanxeber.az-ın məlumatına görə, bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov “Gent” oyunu sonrası “CBC Sport”a açıqlamasında deyib. O, daha sonra belə davam edib:
“Oyunçular nə etməli olduğunu başa düşmüşdülər. Demək olar ki, rəqibin sürətli oyununa dözdülər. Bəli, rəqib müəyyən epizodlarda biz üstələyirdi. Ancaq nəticə baxmından gələcək üçün yaxşı oldu. Qarşıda bir 90 dəqiqə daha var. Bu gün onlara qarşı üstünlüyümüzün olduğu həqiqətdir. Ancaq bu rəqibə qarşı səfərdə daha cəsarətli oynamalıyıq. Yoxsa bizi bağışlamaz. Onların tempinə qarşı dözməliyik. Bu oyunun analizindən sonra cavab oyununa hazırlaşacağıq”.
Qurbanov avrokuboklar görüşlərində ilk dəfədəir ki, start heyətində başlayan Musa Qurbanlı və yeni transferlərin performansını da dəyərləndirib:
“Razı qalmadığım oyunçu olmadı. Hamısı əlindən gələni etdilər”.
O, sonda azarkeşlərə də təşəkkür edib: “Bu soyuqda gecə vaxtı stadiona gələn azarkeşlərə ancaq minnətdarlıq edə bilərəm. Onlara alqış düşür”.