“Fənərbağça” klubu transfer çalışmalarını davam etdirir.
İdmanxeber.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, İstanbul təmsilçisi “Mançester Yunayted”in futbolçusu Meyson Qrinvudu heyətinə qatmaq istəyir.
İngiltərəli futbolçu bir müddət öncə sevgilisinə qarşı zorakılıq ittihamı ilə həbs edilmişdi. Qrinvudun məhkəmədə günahsız olduğu sübuta yeytirilsə də, klubda ona qarşı rəftar birmənalı deyil.
Bu səbəbdən də ingiltərəli futbolçu Mançester klubundan ayrılmaq istəyir.
Tərəflərin yaxın günlərdə danışıqlara başlayacağı bildirilir.