“Mançester Yunayted”in baş məşqçisi Erik ten Haq “Barselona” görüşünü (2:2) şərh edib.
İdmanxeber.az-ın məlumatına görə, o, komandasının yaxşı oynadığını bildirib. Niderlandlı mütəxəssis hakimlikdən narazılıq edib:
“Oyuna nəzarət edən tərəf biz idik. Rəqibi bir çox epizodda üstələdik. İlk hissədə imkanlardan yararlana bilərdik. Hakimlik oyuna böyük təsir etdi.Reşforda qarşı təmiz faul var idi, sonrasında isə qırmızı vərəqə olmalı idi. Ancaq artıq heç nə dəyişməyəcək. Hələ bitməyib. Cavab görüşündə hər şeyə aydınlıq gələcək”.
Tərəflər arasında ikinci görüş fevralın 23-də baş tutacaq.
İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43