25 Noyabr 2024
Ölkə futbolu

AFFA “Turan Tovuz”u cəzalandırdı

AFFA İntizam Komitəsinin iclası keçirilib.

İdmanxeber.az xəbər verir ki, bu gün keçirilən iclasda aşağıdakı qərarlar qəbul edilib:

Premyer Liqanın 22-ci turunun “Turan Tovuz” – “Kəpəz” oyununda “Turan Tovuz” azarkeşləri tərəfindən meydançaya kənar əşya atılmasına görə “Turan Tovuz” klubu 1600 manat cərimə edilib.

“Kəpəz” klubunun futbolçusu Orxan Sadıxlı birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 2 oyun cəzalandırılıb və klub 1600 manat cərimə edilib.

Birinci divizionun 17-ci turunun “Qaradağ Lökbatan” – “Neftçi-2” oyununda meydança sulanmadığına görə “Qaradağ Lökbatan” klubu 80 manat cərimə edilib.

“Neftçi-2” komandasının 6 oyunçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə edilib.

17-ci turun “Zirə-2” – “Sumqayıt-2” oyununda “Sumqayıt-2” komandasının 4 oyunçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə edilib.

17-ci turun “Mingəçevir” – “Zaqatala” oyununda “Mingəçevir” klubunun futbolçusu Elsevər Bəkirzadə təcavüzkar davranışa görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 4 oyun cəzalandırılıb və klub 320 manat cərimə edilib.

“Zaqatala”nın nümayəndəsi iclasa gəlmədiyinə görə klub 80 manat cərimə edilib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43