“Roma”nın baş məşqçisi Joze Mourinyo karyerasını Fransada davam etdirə bilər.
İdmanxeber.az “Foot Mercato”ya istinadən xəbər verir ki, Paris klubunun rəhbərliyi İtaliya təmsilçisili ilə əlaqə saxlamağı planlaşdırır Onlar portuqaliyalı mütəxəssisin komandanın başına keçməsini istəyirlər.
PSJ hazırkı baş məşqçisi Kristof Qaltyenin işindən razı deyil. Rəhbərlik onunla yolları ayırmağı düşünür. Onlar komandanın başına daha çox təcrübəli olan Mourinyonu gətirilməsini müzakirə edirlər.
Portuqaliyalı mütəxəssisin “Roma” ilə 2024-cü ilə qədər müqaviləsi var.