UEFA Konfrans Liqasının pley-off mərhələsinin cavab görüşündə “Qarabağ” səfərdə “Gent” ilə qarşılaşacaq.
İdmanxeber.az-ın məlumatına görə, dünyanın məşhur bukmeker kontorları cavab matçı üçün əmsalları açıqlayıb. Bakıda məğlub edilən “Gent”in Belçikadakı cavab oyununun favoritidi. Belə ki, kontorlar ev sahibinə 1.90, “Qarabağ”a isə 4.20 əmsal açıblar. Görüşün heç-heçəsinə isə 3.50 “kofiçent” açılıb.
Qeyd edək ki, “Gent” – “Qarabağ” oyunu fevralın 23-də, saat 00:00-da keçiriləcək.
Murad İbadov