Misli Premyer Liqasının XXIII turunda “Qəbələ” “Sumqayıt”ı qəbul edir.
İdmanxeber.az-ın Qəbələyə ezam olunmuş əməkdaşının verdiyi məlumata görə, ev sahibi komandanın ilk hissədəki qolu mübahisələrə səbəb olub.
Belə ki, Ülvi İsgəndərovun qolundan öncə qonaqlar Rafael Utziqin “Sumqayıt”ın futbolçusu Rüfət Abdullazadəyə müdaxiləsinin qayda pozuntusu olduğunu bildiriblər.
Qonaqların baş məşqçi Samir Abasov da oyunun hakimi Əliyar Ağayevə sərt etiraz etsə də, hakimlər qolu qeydə alıb. Hətta Abasov təkrarını izlədiyi epizodu 4-cü hakimə planşeti vasitəsi ilə göstərmək cəhdi də fayda verməyib.
Həsən Quluzadə