“Turan Tovuz”un futbolçusu Piruz Marakvelidze İdmanxeber.az saytına müsahibəsi.
– “Sabah”a qarşı çox önəmli qələbə qazandınız…
– Bizim üçün bütün qələbələr önəmlidir. Bu oyun da onlardan biridir. Biz meydana həmişə qələbə üçün çıxırıq. Bu qələbəyə də digərləri qədər sevinirik.
– “Sabah”ı bu mövsüm yalnız “Qarabağ” məğlub ede bilmişdi. İkinci klub siz oldunuz…
– Məncə, bu gün biz daha yaxşı idik və bu qələbəyə layiq idik. Amma “Sabah” çox yaxşı komandadır.
– Belə bir qələbəni gözləyirdiniz?
– Əlbəttə, gözləyirik. Tək bu gün yox, hər dəfə meydana çıxanda qələbə barədə düşünürük.
– Ayxan Hüseynov penaltidən yararlana bilməyəndə qələbəni əldən verəcəyinizi düşündün?
– Açığı, qələbə qazana bilməyəcəyimiz ağlıma gəlmədi. Çünki məncə, oyuna biz nəzarət edirdik.
– Həmin epizodda “Sabah” tərəfi iddia edir ki, penalti yox idi..
– Top ələ dəydiyi üçün penalti təyin olundu və doğru qərar idi.
– Oyundan əvəzlənən zaman narazı görünürdün…
– Bəli, düz deyirsiniz. Ancaq bu o demək deyil ki, məndən sonra zəif oynayacağımızı düşündüm. Sadəcə daha çox oynamaq və komandanın uğurunda pay sahibi olmaq istəyirdim.
Xəyal Hüseynov