“Beşiktaş” üç futbolçusu ilə yollarını ayırmağa hazırlaşır.
İdmanxeber.az-ın məlumatına görə, rəhbərlik baş məşqçi Şenol Günəşin göstərişi ilə hərəkətə keçirib.
Belə ki, klub üç oyunçusu – Tayyib Talha, Velinton və Ssiası göndərməyi planlaşdırır. Təcrübəli mütəxəssis bu isimləri heyətdə görmək istəmir.
O, adıçəkilən oyunçuların komandanın oyun planına uyğun gəlmədiyini bildirib.
Xatırladaq ki, “Beşiktaş” qış transfer dönəmində Onur Bulut və Abubakarı heyətinə qatıb.