07 Oktyabr 2024
Dünya futbolu

Super Liqa klubu braziliyalı futbolçu ilə müqaviləni pozdu

Türkiyə Super Liqası təmsilçisi “Antalyaspor” Luis Adriano ilə yolları ayırır.

İdmanxeber.az xəbər verir ki, bu barədə “Ajanspor” saytı məlumat yayıb. Mənbə yazır ki, braziliyalı futbolçunun Antalya klubu ilə mövsüm sonuna qədər müqaviləsi var idi.

Ancaq tərəflər qarşılıqlı razılıq əsasında sözləşməyə xitam veriblər. Adriaounun karyerasını ölkəsində davam etdirəcəyi bildirilir. O, “İnternasional” klubu ilə razılığa gəlib.

Təcrübəli futbolçunun Braziliyada aylıq 45 min avro maaş alacağı vurğulanıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43