07 Oktyabr 2024
Dünya futbolu

Premyer Liqa klubunun üzvü Ronaldonun yanına gəlir

İngiltərənin “Kristal Pelas” klubunun futbolçusu Vilfrid Zaha karyerasını Səudiyyə Ərəbistanında davam etdirə bilər.

İdmanxeber.az xarici mətbuata istinadən xəbər verir ki, Kristiano Ronaldonun komandası “Əl-Nəsr” oyunçunun xidmətində maraqlıdır. Mənbə Zahanın sözügedən ölkəyə keçməyə müsbət yanaşdığını iddia edir.

31 yaşlı futbolçu Premyer Liqa klubunun müqavilə yeniləmə təklfini geri çevirib. O, Ronaldo ilə məsləhətləşəndən sonra karyerası ilə bağlı yekun qərarını verəcək.

Zaha bu mövsüm “Kristal Pelas”ın heyətində Premyer Liqada 19 oyuna çıxıb, 6 qol vurub və 2 məhsuldar ötürmə edib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43