07 Oktyabr 2024
Dünya futbolu

PSJ-dən baş məşqçi qərarı

Fransanın PSJ klubu Kristof Qaltyeni istefaya göndərmək fikrində deyil.

İdmanxeber.az-ın məlumatına görə, bu barədə “RMC Sport”un jurnalisti Loik Tanzi xəbər yayıb. O bildirib ki, ötən gün rəhbərliyin bu barədə iclası keçirilib.

Görüş zamanı bir çox mütəxəssisin adı gündəmə gəlsə də, ciddi nəticə əldə olunmayıb. Buna səbəb klubun rəhbəri Nasser Al-Xelaifinin fransalı mütəxəssislə yolları ayırmaq fikrində olmadığı bildirilib.

Təcrübəli jurnalist PSJ-nin baş məşqçi axtarışında olmadığını iddia edib.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43