“Qalatasaray” sabah Antalyada iki yoxlama oyunu keçirəcək.
İdmanxeber.az-ın məlumatına görə, İstanbul təmsilçisi məskunlaşdığı oteldə yoldaşlıq görüşlərində qüvvəsinə sınayacaq.
“Sarı-qırmızılar” sabah saat 15:00-da “Gənclərbirliyi”, 20:00-da “Pendikspor”la üz-üzə gələcək.
Martın 1-də Türkiyə Kubokunda doğma meydanda “Başakşəhər”lə qarşılaşacaq “Qalatasaray” martda 3 rəsmi oyun keçirəcək.