08 Oktyabr 2024
Dünya futbolu

“Madridə gedib futbolumuzu oynayacağıq” – Yurgen Klopp

Çempionlar Liqasının 1/8 final mərhələsinin ilk oyununda “Liverpul” evdə “Real”la qarşılaşıb.

İdmanxeber.az-ın məlumatına görə, görüş Madrid təmsilçisinin 5:2 hesablı qələbəsi ilə başa çatıb. Matçdan sonra almaniyalı mütəxəssis Yurgen Klopp doğma meydandakı ağır məğlubiyyəti şərh edib:

“Oyun əla başlamışdıq. Əsas hədəfimiz də bu idi. Hər şey çox mükəmməl gedirdi, belə oynamaq istəyirdik. Buraxılan qollardan başqa birinci hissə pis keçmədi. İlk qoldan sonra reaksiya göstərə bilmədik. Biraz daha aqressiv oynamalıydıq. İkinci qol səhvdən buraxıldı. Olmamalıdır. Ancaq belə hallar qaçınılmazdır.

95 dəqiqənin hamısını ilk hissədəki kimi oynamaq lazımdır. Sürətli hücum və eyni çəkildə geri qayıtmaq. Üçüncü qolda rəqibə verdiyimiz boşluqlar anlaşılmazdır.

Madridə gedib futbolumuzu oynayacağıq. Bu, böyük təcrübə olacaq. Ancaq əvvəlcə Premyer Liqada oynamalı və bu görüşdən dərs almalıyıq”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43