08 Oktyabr 2024
Ölkə futbolu

“Qurban Qurbanovun hesabı qorumağa çalışacağını düşünmürəm”

“Qarabağ” ilk oyunda yaxşı təsir bağışladı. Hesab daha da böyük ola bilərdi. Sadəcə, imkanlardan istifadə edə bilmədi. Səfərdə bütün klublar üçün oyunlar çətin keçir. “Gent” adi komanda deyil. Belə görüşlər üçün kifayət qədər təcübəyə malikdir”.

Bu sözləri idmanxeber.az saytına sabiq futbolçu Nicat Qurbanov Ağdam təmsilçisinin Belçikada “Gent”ə qarşı keçirəcəyi oyun barədə danışarkən deyib. O, daha sonra belə davam edib:

“Bakıdakı 1:0 hesablı qələbəni tam üstünlük saymaq olmaz. Səfərdə daha fərqli oyun olacaq. Sabahkı oyunda “Qarabağ”a favorit deməzdim. Heyətdə də müəyyən çatışmazlıqlar var. Marko Yankoviçin zədələnməsi komandanın oyununa təsir edəcək. Ancaq “Qarabağ”ın güclü heyəti var. Yeni transferlər pis futbolçular deyil. Yankoviç heyətin əsas üzvlərindən olsa da, onu əvəz edən oyunçular var. Nəzərə alaq ki, rəqibin də ciddi itkiləri mövcuddur. Belə hallar iki komandanın oyuna hazırlanmasına ciddi təsir etmir.

Bakıdakı görüşün ilk hissəsində “Gent”in necə komanda olduğu göründü. İkinci hissədə isə “Qarabağ” daha üstün idi. Hətta hesabı daha fərqli edə bilərdi. Yenə deyirəm, evdəki qələbəyə aldanmaq olmaz. Qurban Qurbanovun hesabı qorumağa çalışacağını düşünmürəm. Müəyyən taktiki dəyişikliklər olacaq”.

Həsən Quluzadə

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43