“Barselona”nın sabiq futbolçusu Arda Turan məhkəməyə verilib.
İdmanxeber.az-ın məlumatına görə, Türkiyə millisinin sabiq üzvü İspaniyada oynadığı dönəmdə vergidən yayınmaqda ittiham olunur. O, 2015-16-cı illərdə ödəməli olduğu 821 min avronu dövlətə keçirməyib.
Ötən il İspaniya prokurorluğunun başladığı işin yekunlaşdığı bildirilir. Mənbə Turanın yaxın günlərdə Barselona şəhərinə gələcəyini də vurğulayıb.
Xəbərdə sabiq futbolçu ilə qarşılıqlı razılaşma olunacağı təqdirdə, prokurorluğun cinayyət işi açmayacağı da qeyd edilib.