Beynəlxalq İdman Araşdırmalar Mərkəzi (CIES) ən stabil komandaların siyahısını açıqlayıb.
İdmanxeber.az-ın məlumatına görə, siyahıda Azərbaycan klubları da yer alıb. Ağdam təmsilçisi ilk pillədə qərarlaşıb.
Belə ki, klub bir il ərzində 37 futbolçudan istifadə edib. “Köhlən atlar” beş ildə 67, on ildə isə 111 oyunçunun xidmətindən yararlanıblar.
İkinci pillədəki “Qəbələ” on ildə 154, “Neftçi” 150, “Sumqayıt” 161 oyunçudan istifadə edib. Daha sonra “Səbail” (102), “Zirə” (104), “Şamaxı” (181) və “Sabah” (33) gəlir.
“Səbail” və “Zirə” klublarında 10 illik, “Sabah”da isə 5 və 10 illik nəticə göstərilməyib.
Siyahıda ilk pillədə “Halmştad” (22, 44, 84) klubu qərarlaşıb.