17 Noyabr 2024
Dünya futbolu

Türkiyədə hakim VAR üçün VAR-a getdi

Türkiyə futbolunda bənzərinə az rast gəlinən hadisə baş verib.

İdmanxeber.az-ın məlumatına görə, Türkiyə I divizionunda baş vermiş oyunda hakimlərin qərarsızlığı maraqlı anlar yaşadıb. Belə ki, “Eyupspor”la “Bodrumspor” arasında keçirilən görüşdə birincilər qarşılaşmanın son dəqiqəsində rəqib qapısına qol vurublar.

VAR yoxlanışının ardından baş hakim Oğuzhan Aksu qolun qeydə alındığını bildirib. “Bodrumspor” mərkəzi başlamaq istərkən referi buna icazə verməyib.

O, yenidən VAR-a müraciət etməli olub. Monitorda epizodu bir daha izləyən hakim qərarını dəyişib və qolu ləğv edib.

Matç “Eyupspor”un 1:0 hesablı qələbəsi ilə sona çatıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43