“Çelsi”nin qapıçısı Eduard Mendi komandadan ayrılaraq Səudiyyə Ərəbistanının “Əl-Əhli” klubuna keçib.
İdmanxeber.az-ın məlumatına görə, daha əvvəl ərəb klubunun aylıq 16 milyon funt-sterlinqdən futbolçu ilə 2026-cı ilə qədər müqavilə bağlayacağı bildirilirdi.
31 yaşlı futbolçu 2020-ci ildən London klubunda çıxış edir. Komanda ilə o, Çempionlar Liqası, UEFA Super Kuboku, Klublararası Dünya Kuboku, İngiltərə Futbol Liqası Kuboku və İngiltərə Kubokunu qazanıb.

