09 İyun 2026
Dünya futbolu

“Qalatasaray” rusiyalı hücumçu alır? – açıqlama

“Qalatasaray” ÇSKA-nın hücumçusu Fedor Çalovla maraqlanması ilə bağlı yayılan məlumatlara münasibət bildirib.

İdmanxeber.az-ın məlumatına görə, klubun mətbuat xidmətinin rəhbəri Köşkün Gülbahar Rusiya mediasına danışıb. O, “bu transfer xəbəri barədə heç bir məlumata sahib deyilik” deyərək, iddiaları təkzib edib.

Ötən mövsüm Fedor Çalov ÇSKA-nın heyətində 41 oyun keçirib, 24 qol vurub və 6 məhsuldar ötürmə verib.

Daha əvvəl idman jurnalisti Fabrisio Romano “Qalatasaray” və “Fənərbaxça”nın Fedor Çalovu izlədiyini yazmışdı.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43