28 Noyabr 2024
Dünya futbolu

“Arda Güler maksimum bir ay xəstəxanada qalacaq” – Ançelotti

“Real”ın baş məşqçisi Karlo Ançelotti yarımmüdafiəçi Arda Gülərin zədəsinin son durumu ilə bağlı danışıb.

İdmanxeber.az-ın məlumatına görə, 18 yaşlı futbolçu ABŞ-da keçirilən təlim-məşq toplanışını vaxtından əvvəl başa vurub. İtaliyalı mütəxəssis Gülerin nə zaman qayıdacağını açıqlayıb:

“Gülərin zədəsi o qədər də ciddi deyil. Düşünürəm ki, Arda maksimum bir ay xəstəxanada qalacaq”.

İyulun 6-da “Real” türkiyəli oyunçu ilə 2029-cu ilə qədər müqavilə imzaladığını açıqlamışdı. O, əvvəllər “Fənərbağça”da çıxış edib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43