“Şamaxı” klubu futbolçulara olan borclarını bağlayıb.
İdmanxeber.az-ın məlumatına görə, bölgə təmsilçisi ötən mövsümdən bir neçə oyunçunun maaşını ödəməmişdi. Hətta bəzi futbolçular məsələ ilə bağlı AFFA-ya şikayət etməyə hazırlaşırdı.
Artıq problemin aradan qalxdığı bildirilir. Klub futbolçulara olan borcları bağlayıb.