“İnter Mayami”nin yarımmüdafiəçisi Fakundo Farias Lionel Messi ilə eyni komandada oynamasından danışıb.
İdmanxeber.az-ın məlumatına görə, 21 yaşlı futbolçu argentinalı ulduz oyunçu ilə bir yerdə çıxış etməyin çox əla olduğunu bildirib:
“Messinin oyunundan mümkün qədər həzz almalısan. O, bu oyunun ən yaxşısıdır. Onun ətrafında olmaq unikal bir vəziyyətdir. Leo əla komanda yoldaşıdır. Ona, Busketsə və Alba kimi futbolçulara hamı hörmət edir. Və bu bizim üçün bir artıdır. Mən Leodan və hər kəsdən çox şey öyrənirəm”.
2023-cü ilin yayında 36 yaşlı argentinalı “İnter Mayami” ilə 2025-ci ilin sonuna qədər müqavilə imzalayıb. Messi komandanın heyətində 13 oyun keçirib, 11 qol vurub və 5 məhsuldar ötürmə edib.