2024-cü il Avropa çempionatının seçmə mərhələsində Norveç yığması Kipr komandasını məğlub edib (4:0).
İdmanxeber.az-ın məlumatına görə, “Mançester Siti”nin hücumçusu Erlinq Haaland dubl edib. Forvardın millidə keçirdiyi 27 oyunda 27 qolu var.
Bununla da o, Norveç millisinin bombardirlik siyahısında Eynar Günderseni (26) keçərək ikinci pilləyə yüksəlib. Birinci sırada isə 33 qolla Yergen Yuvedir.
Norveç altı oyundan sonra on xalı var və qrupda üçüncüdür.