Avstriya yığmasının baş məşqçisi Ralf Ranqnik oktyabrın 16-da Bakıda Azərbaycana qarşı keçirəcəkləri AVRO-2024-ün seçmə mərhələ oyunu barədə danışıb.
İdmanxeber.az-ın məlumatına görə, almaniyalı mütəxəssis həmin görüşdə final mərhələsinə vəsiqəni təmin etmək istədiklərini bildirib:
“Azərbaycan millisi topa çox yaxşı sahib olmağa çalışan komandadır. Bu, fərqli matç olacaq. Qarşılaşmaya elə yanaşacağıq ki, hər şeyi özümüz həll edə bilək”.
Qeyd edək ki, oktyabrın 16-da Tofiq Bəhramov adına Respublika stadionunda reallaşacaq oyun saat 20:00-da başlayacaq.