28 Noyabr 2024
Ölkə futbolu

Millimizin oyunu moldovalı hakimə tapşırıldı

U-21 millimizin AVRO-2025-in seçmə mərhələsində Lüksemburq ilə keçirəcəyi ev oyununun hakimləri açıqlanıb.

İdmanxeber.az-ın məlumatına görə, “Azərsun Arena”da keçiriləcək görüşü moldovalı Dumitri Muntean idarə edəcək.

Denis Oala və Sergey Boqdan köməkçi hakim, İqor Bosca isə dördüncü hakim funksiyasını yerinə yetirəcəklər.

Qeyd edək ki, oktyabrın 17-də reallaşacaq görüş saat 18:00-da başlayacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43