28 Noyabr 2024
Dünya futbolu

AVRO-2023: Türkiyə bu stadionları təqdim etdi

AVRO-2032-nin birgə ev sahibi olacaq Türkiyə və İtaliya oyunları qəbul edəcək stadionların siyahısını təsdiq edib.

İdmanxeber.az-ın məlumatına görə, hər ölkə 10 arenanın adını UEFA-ya göndərib.  “Avro-2032” ümumilikdə 10 stadionda keçiriləcək.

Hazırda “Avro-2032”ni qəbul etməyə namizəd olan stadionlar bunlardır:

Türkiyə 

Atatürk Olmpiya Stadionu  (Yenilənəcək) – İstanbul

Yeni Ankara Stadionu (Yeni tikiləcək)

Ali Sami Yen İdman Kompleksi – İstanbul

Sükrü Saracoğlu Stadionu – İstanbul

Bursa stadionu

Şenol Güneş Kompleksi – Trabzon

Konya stadionu

Qaziantep stadionu

Eskişehir stadionu

Antalya stadionu

İtaliya

“San Siro – Cuzeppe Meatsa” arena – Milan

Roma Olimpiya Stadionu

San Nikola Stadionu (Yenilənəcək) – Bari

Dieqo Armando Maradona Stadionu (Yenilənəcək) – Napoli

Artemio Françi Stadionu (Yeni tikiləcək) – Florensiya

Yuventus Stadionu – Torino

Luici Ferraris Stadionu (Yenilənəcək) – Cenoa

Markantonio Bentagodi Stadionu (Yenilənəcək) – Verona

Renato Dell’Ara (Yeni tikiləcək) – Bolonya

Sant’Elia Stadionu (Yeni tikiləcək) – Kalyari


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43