“Çelsi” İsrail və Fələstin arasındakı münaqişə ilə bağlı rəsmi açıqlama yayıb.
İdmanxeber.az-ın məlumatına görə, açıqlamada bildirilir:
“Çelsi” ötən həftə sonu İsrailə edilən hücumların səbəb olduğu böyük insan itkisindən son dərəcə kədərlənir. Biz uzun müddətdir qarşı çıxdığımız antisemitizm dalğası qarşısında həm Londonda, həm də bütün dünyada yaşayan yahudi icmasının yanındayıq”.
Daha əvvəl Premyer Liqada 9-cu turun bütün oyunlarının İsrail və Fələstində həlak olanların xatirəsinin bir dəqiqəlik sükutla başlanacağını, futbolçuların, məşqçilərin və rəsmilərin qollarına qara sarğı taxacağı açıqlanıb.