Premyer Liqanın 10-cu turu çərçivəsində səfərdə “Sabah”la qarşılaşacaq “Sumqayıt”da iki futbolçu zədəlidi.
Klubun mətbuat xidmətinin rəhbəri Zaur Xudiyev İdmanxeber.az-a bildirib ki, bir müddətdi zədəli olan qapıçı Mehdi Cənnətov və yarımmüdafiəçi Kristian Velinovski fərdi məşq edir. Lakin hər iki futbolçunun “Sabah”la matçda meydana çıxması gözlənilir.
Qeyd edək ki, “Sabah” – “Sumqayıt” oyunu oktyabrın 21-də keçiriləcək və saat 18:00-da başlayacaq.