İsveç millisinin sabiq hücumçusu Zlatan İbrahimoviç “Barselona”ya keçdiyini xatırlayıb.
İdmanxeber.az-ın məlumatına görə, o, Kataloniya təmsilçisində işlərinin yaxşı başladığını bildirsə də, sonradan vəziyyətin dəyişdiyini vurğulayıb:
“Barsa”ya transfer o vaxt hər bir futbolçunun arzusu idi. İlk altı ay pis deyildi, amma sonra əhval-ruhiyyə kəskin şəkildə dəyişdi. Ən yaxşı vaxtım deyildi və məşqçi yaxasını məndən qurtarmaq istəyirdi”.
İbrahimoviç 2009-2011-ci illərdə “Barselona”da çıxış edib. İspaniya çempionatında isveçli 29 oyun keçirib və 16 qol vurub.