Cari mövsümə uğurlu start verən “Səbail” ciddi itki ilə üzləşib.
İdmanxeber.az-ın məlumatına görə, komandanın vitse-kapitanı Cabir Əmirli məşqlərin birində sıradan çıxıb. Futbolçunun zədəsi ciddi olduğundan məşqi yarımçıq dayandırmalı olub. 26 yaşlı futbolçu bu gün MRT müayinəsindən keçib və məlum olub ki, o, ən qısa zamanda əməliyyat olunmalıdı.
Futbolçunun qışa qədər “dənizçilər”ə kömək edə bilməyəcəyi dəqiqləşib.