Millimizin iki futbolçusu AVRO-2024-ün seçmə mərhələsində bu gün Avstriya ilə evdə keçiriləcək matçın “23-lüy”ündən kənarda qalıb.
İdmanxeber.az-ın məlumatına görə, baş məşqçi Canni De Byazi Türkiyənin “Tuzlaspor” klubundan müdafiəçisi Bəxtiyar Həsənalızadə və “Səbail”in yarımmüdafiəçisi Yusif Nəbiyevə ehtiyac duymayıb.
Tofiq Bəhramov adına Respublika stadionunda reallaşacaq Azərbaycan – Avstriya görüşü bu gün, saat 20:00-da start götürəcək.