“Atletiko” “Barselona”da icarə əsasında çıxış edən forvard Joao Feliks üçün 80 milyon avro qazanmağı gözləyir.
İdmanxeber.az-ın məlumatına görə, Madrid kataloniyalıları 23 yaşlı portuqaliyalını 80 milyon avroluq təklif qarşılığında buraxmağa hazır olduqlarını bildirib.
“Barselona” yay transfer pəncərəsi zamanı “Atletiko”dan 23 yaşlı portuqaliyalını heyətinə qatıb. O, komandanın heyətində bütün yarışlarda 8 oyun keçirib, 3 qol vurub və 3 məhsuldar ötürmə edib.