“Real”ın zədəli futbolçuları David Alaba və yarımmüdafiəçi Arda Gülər məşqlərə qayıdıb.
İdmanxeber.az-ın məlumatına görə, hər ikisi La Liqanın 10-cu turunda “Sevilya” ilə matçda iştirak edə biləcək. 31 yaşlı Alaba sentyabrın sonlarında İspaniya çempionatının 7-ci turunun “Las Palmas”la oyununda (2:0) zədələnib.
Gülər sentyabrın 26-da məşq zamanı sıradan çıxıb.