24 Noyabr 2024
Ölkə futbolu

Futbol bölgələrə qayıtdı – Bəs azarkeş?

Azərbaycan II Liqasında 7-ci tura yekun vurulub.

İdmanxeber.az-ın məlumatına görə, turu ümumilikdə stadionlardan 1100 azarkeş izləyib. Tərəfdarların ən çox maraq göstərdiyi matç Göygöldə baş tutub. Yerli komandanın “Ağdaş”ı qəbul etdiyi oyunda 350 azarkeş qeydə alınıb.

Tamaşaçıların maraq göstərmədiyi qarşılaşmalar isə “Füzuli” -“Baku Sportinq” və “Kür Araz” – “Qusar” arasında keçirilib. Sözügedən görüşləri tribunalardan 40 nəfər izləyib.

Azərbaycan II Liqası, VII tur

Lerik – Şahdağ Qusar (1:4 – 200)

Şəmkir – Şəki Siti (1:2 – 190)

Kür Araz – Qusar (0:2 – 40)

Göygöl – Ağdaş (5:1 – 350)

Kürmük Qax – Şəfa (1:1 – 200)

Cəbrayıl – Dinamo (6:0 – 80)

Füzuli – Baku Sportinq (1:1 – 40)

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43