AFFA Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi ilə yolları ayırmaq niyyətindədir.
İdmanxeber.az-a verilən məlumata görə, rəhbərlik italiyalı mütəxəssislə vidalaşacaq. Artıq onun yerinə gətiriləcək namizəd də bəllidir.
Federasiya rəhbərliyi millini “Zirə”nin baş məşqçisi Rəşad Sadıqova həvalə etmək istəyir. Yaxın vaxtda gənc mütəxəssislə danışıqlar başlayacaq.
Əgər Sadıqov təklifə müsbət yanaşsa, milli komandanın yeni baş məşqçisi olacaq.