Basketbol üzrə Avroliqada bu gün 3-cü tura start veriləcək.
İdmanxeber.az-ın məlumatına görə, “Fənərbağça” “Panatinakos”u qonaq edəcək. Ergin Ataman bu dəfə Yunanıstan klubunun məşqçisi kimi “Ülker Arena”ya çıxır. Görüş saat 21:15-də başlayacaq.
Digər Türkiyə təmsilçisi “Anadolu Efes” isə İstanbulda “Asvel”lə qarşılaşacaq. İlk 2 oyunda məğlub olan Türkiyə klubu bu mövsümkü ilk qələbəsini qazanmaq niyyətindədir.
Oyun saat 21:30-da start götürəcək.